ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb.
FES uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb. Mövcud vəziyyət manatın gələcək mövqeyi ilə bağlı müzakirələrə səbəb olub.
Hər kəsi bir sual düşündürür ki, yeni ildən manat dollar qarşısında ucuzlaşa bilərmi?
Dominant.az xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli ARB-24-ə açıqlamasında FES-in uçot dərəcələrini qaldırmasının manatın məzənnəsinə birbaşa təsir etməyəcəyini deyib.
"Hazırda manatın mövqeləri sabitdir. Gələn il manatın zəifləməsinə elə bir təzyiqlər yoxdur. Lakin bu neftin qiymətində də asılı olacaq", - ekspert bildirib.