“YAŞAT” şəhid mayorun övladlarını NƏZARƏTƏ GÖTÜRDÜ

16 Martt 2022 13:12    1443 Baxış   
“YAŞAT” şəhid mayorun övladlarını NƏZARƏTƏ GÖTÜRDÜ

Şəhid mayor Rəhim Hüseynov və onun il mərasiminə gedərkən qəzaya düşərək həlak olan həyat yoldaşı Günel Ələsgərovanın üç övladı “YAŞAT” Fondu tərəfindən nəzarətə götürülüb.

Bu barədə Fonddan məlumat verilib.

Bildirilib ki, Hikmət, Fikrət və Rüfətin adına bankda əmanət hesabı açılıb və depozit yerləşdirilib. Şəhid övladları 18 yaşına çatdıqdan sonra toplanan məbləği öz hesablarından çıxara biləcəklər.

Qeyd edilib ki, onlarla bağlı məsələlər hər zaman Fondun diqqət mərkəzindədir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar