Yardımlının deputatı olmaq istəyən Mərdan Seyidbəyli kimdir - DOSYE

25 İyul 2024 18:15    2085 Baxış   
Yardımlının deputatı olmaq istəyən Mərdan Seyidbəyli kimdir -  DOSYE

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli (Qəniyev) parlament seçkilərinə namizəd olub. O, namizədliyii 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürüb.

Dominant.az Mərdan Seyidbəylinin qısa tərcümeyi-halını təqdim edir. 

Mərdan Bəşir oğlu Qəniyev 26 noyabr 1970-ci ildə Yardımlı rayonu Telavar kəndində anadan olub. 1988-ci ildə orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1991-1995-ci illərdə Azərbaycan Universitetində, 1995-1997-ci illərdə Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi əlaqələr üzrə ali təhsil alıb.

1995-1999-cu illər Azərbaycan Respublikasi Dövlət Əmlak Komitəsində, 1999-2001-ci illər Dövlət Əmlak Nazirliyində, 2001-2005-ci illər İqtisadi İnkişaf Nazirliyində müvafiq vəzifələrdə çalışıb. 2005-ci ildə lll çağırış 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd olub.

2000-ci ildən ABŞ-da və Avropa dövlətlərində Azərbaycan diasporasının inkişafında və formalaşmasında müstəsna xidmətləri var. Macarıstanda keçirilən Turan Qurultayında təşkilat komitəsində təmsil olunub. Bütün dünya azərbaycanlılarını öz ətrafında birləşdirən Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Komitəsinin sədri seçilib. Müxtəlif vaxtlarda Dünya Azərbaycanlıları Konqresində keçirilən bir neçə Qurultaylarda DAK İdarə Heyətinin üzvü olub. Bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edib. Hazırda isə DAK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəridir.

M.Qəniyev 2005-ci ildən biznes fəaliyyəti ilə məşğuldur. Həmin il təsis edilən M.Seyidli MMC-nin Baş direktorudur. 2010-cu ildən Amerika Birləşmiş Ştatlarının "Miracle İnsurance and Financial Group, Inc." şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəridir.

Mərdan Qəniyev 12 noyabr 2023- cü il tarixdə keçirilən Yardımlı Xeyriyyə İctimai Birliyinin I Konfransında İctimai Birliyin sədri seçilib.

Ailəlidir, 5 övladı var.

Xatırladaq ki, tarixçi-alim Musa Qasımlı, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və "Yeni Müsavat" qəzetinin əməkdaşı, jurnalist Elşad Paşasoy da 75 saylı Masallı-Yardımlı dairəsindən namizədliklərini irəli sürüblər.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar