Qarşıdan gələn növbədənkənar parlament seçkiləri, görünür, çox maraqlı keçəcək. Belə ki, budəfəki seçki prosesində həm gözlənilməz adlar, həm də yeni simalar mübarizə aparacaq. Mübarizəyə qoşulanlar sırasında xanımlar da çoxluq təşkil edir. Onlardan biri 75 saylı Masallı-Yardımlı dairəsindən namizədliyini irəli sürmüş Məleykə Abışovadır.
Məlumat üçün bildirək ki, Məleykə Ədalət qızı Abışova 1981-ci ildə Yardımlı rayon Qabaqdibi kəndində anadan olub. 1999-cu ildə Köryədi kənd tam orta məktəbindən məzun olub. 2000-2004-cü illərdə APU-nun Cəlilabad İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə ali təhsil alıb. Elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb. 2007-2012-ci illərdə Bakı şəhəri 315 nömrəli məktəbdə təlim-tərbiyə işlər üzrə direktor müavini, 2012-2017-ci illərdə Yardımlı rayon Heydər Əliyev Mərkəzində direktor olub. 2017-2021-ci illərdə Qabaqdibi kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2021- ildən Bakı şəhəri M Orucov adına 213 nömrəli məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini olub. 2023-cü ildən ildən isə həmin məktəb- liseydə direktor səlahiyyətlərini icra edir.
M.Abışova, həmçinin Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin üzvüdür. İctimai işlərdə və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi fəaliyyətə görə Suraxanı rayon icra hakimiyyəti, Suraxanı rayon Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Komitəsi, Yardımlı rayon İcra hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxr fərmanlarla təltif olunub. Masallı Regional Mədəniyyət İdasi tərəfindən Ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə təşkil olunan tədbirdə hazırladığı əl işlərimə görə "Yaz festivalı" nın qalibi olub.
Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, tarixçi-alim Musa Qasımlı, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "Yeni Müsavat" qəzetinin əməkdaşı, jurnalist Elşad Paşasoy, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini - Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də 75 saylı Masallı-Yardımlı dairəsindən namizədliklərini irəli sürüblər.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.