Yardımlıda Biznes Forum keçiriləcək

18 İyul 2024 18:29    2008 Baxış   
Yardımlıda Biznes Forum keçiriləcək
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi Yardımlı rayonunda Biznes Forum keçirəcək. Dominant.az-a bu barədə İB sədri Mərdan Seyidbəyli məlumat verib.

M.Seyidbəyli Forumun keçiriləcəyi tarix barədə dəqiq məlumat verməsə də, tədbirin yaxın vaxtlarda baş tutacağını bildirib: “Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair apardığı uğurlu siyasətə dəstək olaraq yaxın aylarda Yardımlıda iş adamlarının iştirakı ilə Biznes Forum keçirməyi planlaşdırır.



Biznes Forumun keçirilmə səbəbinə gəldikə, sədr bunları qeyd edib: “Bildiyimiz kimi, cənab Prezidentin əsas hədəfi Azərbaycanı iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevirməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azər­baycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inki­şaf Strategiyası ölkəmizdə əsaslı keyfiyyət dəyişikliyi yaratmaqdadır.

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin də Yardımlıda Biznes Forum təşkil etməkdə əsas məqsədi cənab prezidentin irəli sürdüyü milli prioritetlərə uyğun olaraq rayonun sosial-iqtisadi həyatının inkişafına, sahibkarlığın daha da inkişaf etdirilib investisiya qoyuluşuna, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına dəstək olmaqdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar