Vətən müharibəsində əlil olmuş hərbi qulluqçuya verilən maddi yardım vergiyə cəlb edilirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən şəxslərin vergidən azad edilməsi Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarında öz əksini tapıb.
Belə ki, vergi qanunvericiliyinə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi gəlir vergisindən azaddır.