"CineMastercard"da daha bir möhtəşəm qala gecəsi - FOTOLAR

10 Martt 2025 12:57    182 Baxış   
"CineMastercard"da daha bir möhtəşəm qala gecəsi -  FOTOLAR

CineMastercard-da "Dayı: Bir Adamın Hikayesi 2" filminin Qala gecəsi keçirilib.

Dominant.az xəbər verir ki, “Dəniz Mall” ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında "Dayı: Bir Adamın Hikayesi 2" türk döyüş dramının Qala gecəsi baş tutub.

Gecədə filmin rejissoru, ssenaristi və prodüseri Uğur Bayraktar və baş rol ifaçısı Ufuk Bayraktar iştirak ediblər. Filmin qəhrəmanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və bütün pərəstişkarlar ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları türkiyəli qonaqları hərarətlə, gur alqışlarla qarşılayıblar.

Qeyd edək ki, “Dayı: Bir Adamın Hikayesi 2" filmi 2022-ci ildə ekranlara çıxan "Dayı: Bir Adamın Hikayesi 1" filminin davamıdır. İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn, daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.


"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar