“Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdi qoca Baydenin siyasi karyerasına son qoydu”.
Bunu Dominant.az-a açıqlamasında Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli ABŞ-də keçiriləcək prezident seçkilərinə namizəd Donald Trampa qarşı törədilən sui-qəsd cəhdini şərh edərkən bildirib.
M.Seyidbəlinin fikrincə, Trampın sui-qəsddən sağ çıxması əhali arasında populyarlığını və reytinqini daha da gücləndirəcək: “İlk debatında Baydeni sorğularda xeyli önə çıxan Trampın qarşısının yalnız sui-qəsdlə alına biləcəyi fikri hakim kəsilmişdi ki, o da baş verdi. Bu hadisə artıq ABŞ-də keçiriləcək 5 noyabr seçkilərinin taleyini həll edəcək. Hər bir halda görünən odur ki, 2024-cü ilin 5 noyabr seçkilərinin qalibi Donald Tramp olacaq”.
Qeyd edək ki, bu gün Pensilvaniyada keçirilən mitinq zamanı Trampa qarşı sui-qəsd cəhdi olub. Nəticədə prezidentliyə namizəd yüngül yaralanıb, killer isə məhv edilib.