Ermənistanın eks-prezidenti Serj Sarkisyan parlament seçkisində iştirakdan imtina edib.
Dominant.az xəbər verir ki, bunu Sarkisyanın özü deyib. O, Vətən Partiyası ilə birgə yaratdıqları blokun seçki siyahısında adının olmayacağını bildirib:
“Siyahıda olmamaq seçkidə iştirak etməmək deyil. Siyahıya rəhbərlik edənlər yüksək vəzifələrə iddia edirlər, mən isə artıq demişəm ki, vəzifədə olmayacağam. Məsləhətlərlə kömək edəcəyəm. Mən dövlət xidmətini bitirdiyimi düşünürəm”.
(Axar.az)