Şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub

16 İyul 2024 17:53    3446 Baxış   
Şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub

15 İyul 2024-cü ildə Şəhidlər Məscidində 15 İyul Şəhidləri və Tovuz Döyüşləri Şəhidlərinin əziz xatirəsinə Quran ziyafəti təşkil olunub.

Dominant.az xəbər verir ki, tədbiri Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açıq açıq elan edib. O, öz çıxışında 15 İyul şəhidlərini və Tovuz şəhidlərini rəhmətlə yad edərək şəhidliyin əhəmiyyətindən danışıb. “Şəhidlik uca bir zirvədir. Əslində şəhidlik ilk insan nəsli ilə başlamış və qiyamətə qədər də davam edəcəkdir. 15 İyulda Türkiyənin necə bir fəlakətin astanasından döndüyünü, xain dövlət çevrilişinə cəhd edənləri və onların arxasında duran güclərə qarşı verdiyi mücadiləni unutmamaq şəhidlərimizə vəfa borcumuzdur” - deyə qeyd edib.

İhsan Açıq öz çıxışında Azərbaycan Ordusunun qəhrəmanlıq salnamələrindən biri olan Tovuz döyüşlərindən bəhs etdi və bu döyüşlərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb: “Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Tovuz döyüşlərində Azərbaycan ordusunun yüksək rütbəli zabitləri və əsgərləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, törədilən təxribatların qarşısını qətiyyətlə aldılar. Bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan mərd, vətənsevər oğullar heç zaman unudulmayacaqdır”.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Azərbaycan ictimaiyyətinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da iştirak ediblər.

Tədbirdə Səbail rayonu üzrə bölgə qazısı, Şəhidlər məscidinin imamı Mirzahid Qəmbərov, Şəhidlər məscidinin imamı Şayiq Əliyev, Nərimanov rayon Cümə Məscidinin imamı Araz Abdullayev, İlahiyyatçı Sadiq Ramizoğlu tərəfindən Qurani-Kərimdən surələr oxunub.

Tədbirin sonunda Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavi İhsan Açıq tərəfindən 15 İyul şəhidləri və Tovuz döyüşləri şəhidləri üçün oxunan xətmlərin duası edilib, bütün şəhidlərimizə dualar olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar