Samir Əsədlinin namizədliyi qeydə alındı

26 İyul 2024 16:11    3364 Baxış   
Samir Əsədlinin namizədliyi qeydə alındı

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini - Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin namizədliyi qeydə alınıb.

Doiminant.az-a bu barədə VHP-dən bildirilib.

Qeyd edilib ki, Samir Əsədli 1 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsində mübarizə aparacaq.

Samir Əsədli 1983-cü ildə Yardımlının Bilnə kəndində anadan olub. 2001-ci ildən VHP-nin üzvüdür.

Partiyada Gənclər Təşkilatının sədri, Təşkilat Şöbəsinin müdiri və partiya sədrinin müşaviri olub. Dünya Azərbaycanlıları Konqresinin Daimi Katibliyinin rəhbəridir. O, 2023-cü ildə ABŞ Konqresinin dəstəyi ilə Vaşinqton şəhərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində "Gənc liderlər" kursunu bitirib. Türkiyə, Almaniya, İraq, Gürcüstan, İsveç, Belçika, Ukraynada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib.

S.Əsədli 2010-cu ildə 64 saylı Sabirabad kənd, 2015-ci ildə 11 saylı Qaradağ və 2020-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar