Samir Əsədli Yardımlının Zevin kəndində seçicilər ilə görüşüb - FOTOLAR

14 Avqust 2024 12:58    1480 Baxış   
Samir Əsədli Yardımlının Zevin kəndində seçicilər ilə görüşüb -  FOTOLAR

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirir.


Dominant.az xəbər verir ki, növbəti görüş Yardımlı rayon Zevin kəndində keçirilib.

Əvvəlcə kənd şəhidlərinin məzarını ziyarət edən Samir bəy kənd meydanında seçicilərlə görüşüb. Görüşü açan VHP Ali Məclisinin üzvü, milli-azadlıq hərəkatının fəallarından olan Hacı Əliqismət Əlibəyli S.Əsədli haqqında danışmış, VHP-nin siyasi-ideoloji proqramı haqda məlumat vermişdir.


Daha sonra deputatlığa namizəd Samir Əsədli çıxış edərək seçki platformasından, VHP-nin məramnaməsində vətəndaşların sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün nəzərdə tutulan müddəalardan, partiyanın qarşısında duran önəmli məsələlərdən danışıb. O, bildirib ki, VHP-nin əsas məramı insan amilidir, vətəndaşın rifahı və xoş gələcəyidir, partiyanın əsas fəaliyyəti də məhz bu yöndədir. Əslən Yardımlı rayonundan olan biri kimi bu rayonun problemlərinə də toxunan Samir bəy, rayonun turizim potensialı, iqtisadi inkişafı və yeni iş yerlərinin açılması üçün nəzərdə tutulan layihələrdən danışdı. O, bildirdi ki, bölgənin problemlərinə yaxından bələddir və Milli Məclisdə təmsil olunacağı halda bu problemləri müvafiq dövlət qurumları qarşısında qaldıracaq.

S.Əsədli sonda seçicilərin suallarını cavablandırıb.







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar