Haqqımızda

Hər kəsə SÖZ HAQQI!

Uzun müddət mediaya yersiz müdaxilələr, jurnalistlərin müxtəlif məmurlar tərəfindən sıxışdırılması, azad sözün qarşısında yaradılan süni maneələr mətbuatı bir rəngə boyadı. Xalqdan ayrı düşmüş, onların problemlərini unutmuş, əli müxtəlif məmurların cibində olan, özünü üzdə 4-cü hakimiyyət kimi aparan, lakin arxada kimlərinsə troluna çevrilən bəzi jurnalistlərin qurduğu media orqanları isə hakimiyyətə heç bir təsir göstərə bilmədi. Onların səsi boş qazan dınqıltısından o tərəfə getmədi. Bu dövr ərzində “dəyirman öz işində” oldu, təəssüf ki, çax-çax nəinki baş ağrıtmadı, heç səsini də çıxarmadı. Özünü “4-cü hakimiyyət”in qaymaqları hesab edənlər məmurlaşdı və silahlarını haqqı deyən həmkarlarına qarşı çevirdilər.

Haqq nazildi, amma üzülmədi. Ölkədə yeni nəfəs duyuldu. Medianı əlində şantaj alətinə çevirmiş, jurnalistləri dövlətdən narazı, ölkədən didərgin salmış, mətbuatın inkişafına ayrılmış pullarla özlərinə biznes qurmuş korrupsioner məmurlar ifşa olundu. Anlaşıldı ki, dövlətin media siyasətinə yeni nəzarətə, həmçinin mətbuatda da yeni səsə, yeni nəfəsə ehtiyac var. Biz də, bu vətəni sevən, onun uğrunda canını, qanını göz qırpmadan fəda edəcək dostlarla birlikdə ölkə mətbuatında hər kəsin tribunasına çevriləcək bir media orqanını yaratmağa qərar verdik.

Əziz vətəndaşlar, “Dominant” adını verdiyimiz bu media orqanı kimliyindən - peşəsindən, vəzifəsindən, statusundan, mövqeyindən, milli mənsubiyyətindən, müxalifətçi və ya iqtidarda olmasından asılı olmayaraq, hər birinizin tribunasıdır. Burada hər kəsə SÖZ HAQQI veririk. Öz haqqınızı qorumaq üçün söz haqqınızdan istifadə edin!

"Dominant.az" saytı 07.06.2020-ci ildən fəaliyyət göstərir.

Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar