RMİD milli mətbuat gününü qeyd edib

17 İyul 2024 21:08    2012 Baxış   
RMİD milli mətbuat gününü qeyd edib
Reklam və marketinq sahəsinin inkişafına dəstək İctimai Birliyi (RMİD) 22 iyul – Milli Mətbuat günü ilə bağlı tədbir təşkil edib. 

Dominant.az xəbər verir ki, səhər yeməyi masası ətrafında təşkil edilən görüşə uzun illər media qurumlarında fəaliyyət göstərən jurnalistlər qatılıblar. 

RMİD sədri və İdarə Heyətinin üzvləri çıxış edərək Azərbaycan milli mətbuat ənənələrinin yaşamasında yorulmadan çalışan KİV nümayəndələrini təbrik edib. Qeyd olunub ki, 149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına davam etdirən qələm sahiblərinin xalqımızın müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır. "Mətbuat cəmiyyətin güzgüsüdür" deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə , gənc jurnalistlərə bu çətin peşənin yükünü şərəflə daşımağı, dövlətimizə, xalqımıza faydalı olmağı arzulayıblar.  

Sonda tədbirdə iştirak edən jurnalistlərə hədiyyələr təqdim edilib.







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar