Putin qeyri-dost ölkələrə qarşı ərzaq embarqosunun vaxtını uzatdı

11 Oktyabr 2022 15:40    13608 Baxış   
Putin qeyri-dost ölkələrə qarşı ərzaq embarqosunun vaxtını uzatdı

Rusiya prezidenti Vladimir Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün tətbiq edilən xüsusi iqtisadi tədbirlərin müddətini uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə müvafiq fərman hökumətin rəsmi internet portalında dərc edilib.

"Rusiya Federasiyasının milli maraqlarını qorumaq üçün 6 avqust 2014-cü il Prezidentin fərmanı ilə nəzərdə tutulmuş bəzi xüsusi iqtisadi tədbirlərin qüvvəsini 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək uzadmaq qərarına gəlirəm", - sənədin mətnində deyilir.

O, hökumətə fərmanın icrası üçün zəruri tədbirlərin görülməsini təmin etməyi tapşırıb.

Sənəd Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar anti-Rusiya sanksiyaları tətbiq edən və ya davam etdirən dövlətlərdən məhsulların tədarükünə qarşı ərzaq embarqosunu uzadıb.

Embarqo ilkin olaraq ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən məhsulların tədarükünə tətbiq edilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar