Pişiklərin ən gözəli və bənzərsizi Türkiyəninşərqində, xüsusilə Van gölündə yaşayan saf cins pişiknövü olan Van pişiyidir.
”Yeni Gündəm” xəbər verir ki, onun ən əhəmiyyətli xüsusiyyəti genetikdəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır. Bəzilərinin iki gözü mavi, bəzilərinin isə hər ikisi sarıdır. Tülkü quyruğunabənzəyən qabarıq quyruğu və ağ, ipək tükləri var. Qışda tükləri artır, yayda isə azalır. Van pişiyi digərpişiklərə nisbətən təmizliyə daha çox diqqət yetirir.Yemiş, qarpız, hətta dondurma kimi qidaları iştahlayeyir və sudan qorxmur. Üzməyi sevir. Ovçuluqinstinktləri yaxşı inkişaf edib. Yeməkdən əvvəlpəncələri ilə yeməyin hərarətini yoxlamasıtəqdirəlayiqdir.
1992-ci ildə ‘Van 100-cü İl Universiteti’ Van pişiklərinin genetik, morfoloji və fiziolojixüsusiyyətlərini qorumaq üçün Van PişikləriAraşdırma Mərkəzini (VKAM) qurub. Mərkəz saf cinspişiklərlə yanaşı, ailələrin saxladığı pişikləri də izləyir.
Könüllü olaraq suya girən və bundan həzz alanVan pişiyi bu maraqlı xüsusiyyəti ilə digər pişiklərdənfərqlənir. Pişiklər tez-tez müxtəlif mühitlərəuyğunlaşmaqda çətinlik çəkirlər və dəyişikliklərisevmirlər. Lakin Van pişiyi dəyişən mühitə tezuyğunlaşır.
O, bədən quruluşuna görə hündür, əzələli və güclüdür. Siçanları ovlamaqla yanaşı, mehriban davranışı ilə dəsevilən və baxılan ev heyvanına çevrilib.