Vətən müharibəsi qəhrəmanı Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin müəllimi Sədayə Həmidovanın təşkilatçılığı ilə 8 noyabr Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Dominant.az xəbər verir ki, tədbir Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.
Anım tədbirində şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, digər şəhidlərimizin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, həmçinin məktəbin müəllim və şagird heyəti iştirak edib.
Əvvəlcə aparıcı Könül Məmmədova çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə qəhrəmanlıq səlnaməsi yazan şəhidlərimizi tanıtmaqdır.
Daha sonra Səmayə Həşimova, Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Mehriban Nəcəfova çıxış edərək şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər.
Tədbirin ikinci hissəsində məktəb şagirdləri tərəfindən hazırlanmış şeir, mahnı kompozisiyaları nümayiş olunub.