Macarıstan "MOL Fehervar"i millimizin və "Legiya"nın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
Dominant.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumt yayıb. Bildirilib ki, Macarıstanın yüksək liqa təmsilçisi ilə Varşava klubu arasında danışıqları bir neçə gündür davam edir. Macarların 24 yaşlı hücumçu üçün 1 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.
"MOL Fehervar" Macarıstan çempionatında 16 turdan sonra 26 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Millimizin üzvünün "Legiya"dan ayrılmaqda qərarlı olduğu bildirilir.
(Modern.az)