“Kitab külü”​ ​- Tahir Tahiroviç yazır

17 Dekabr 2021 19:52    16136 Baxış   
“Kitab külü”​ ​- Tahir Tahiroviç yazır
Emin “Naxçıvan məhsulları” mağazasının dəmir qapısını ​ açıb içəri daxil oldu. Cibindən iri hərflərlə yazılı olan kağızı qapıya yapışdırdı. “İki kiloqram Naxçıvan kolbasası alana Elmar Hüseynovun “Əbrəqunus ​ mənzərələri” adlı şeir kitabı​ ​ hədiyyə olunur”. Kitabları götürüb bir-bir kolbasalara iplə bağladı.

Elmar isə evdə nənəsindən qalan dəmir setkalı çarpayıda uzanmışdı. İşi yox idi. Sonuncu dəfə Camaldın kəndində məzar daşı üçün yazdığı bir bəndlik şeiri üstündə dava düşmüşdü. Ölü yiyəsi Moskvadan gəlib şeiri oxuyub əsəbləşmişdi. O qədər mənasız ​ şeir yazmışdı ki, mərhumun oğlu hətta ​ baş daşını dəyişməli olmuşdu.​

Pulsuzluqdann əziyyət çəkirdi. Keçən axşam binanın altında yerləşən kafenin qarşısından keçəndə pomidor yumurta çığırtmasının qoxusu onu bihuş etmişdi. Evində nə yumurta nə də pomidor var idi. Acından qarnı quruldayırdı. Hətta elə səs edirdi ki, binalarının həyətindəki mitinqdən xəbəri olmadı. Şairin yaşadığı evin üstündə yazıçı Əkbər Əli yaşayırdı. Keçən il hansısa saytda bir hekayəsi çıxmışdı. Disident yazısına bənzəyirdi. Bu, yuxarıların xoşuna gəlməmişdi.​
Yazıçını boykot etmək üçün bir qrup fəal gənc etiraz mitinqinə yığışmışdılar. Mitinq iştirakçıları üçün bir yeşik Xaçmaz pomidoru və 4 qutu broyler yumurtası gətirdilər. Gənclərin əlinə şüarlar yazılmış kiçik kağızlar verdilər. Bağıraraq “Ar olsun”, “Sən bizdən deyilsən”, “Yazıçıya ölüm” kimi şüarlar səsləndirib pomidor və yumurtaları yazıçının eyvanına tutuşladılar. Yazıçının evi 7-ci mətrəbədə olduğu üçün atılanlar ora çatmırdı.​
5-ci mərtəbədə yaşayan şair Elmar isə bu vaxt yuxuda pomidor yumurta çığırtması görürüdü. Yerində qurcalandı. Çarpayı dəmirlərinin cırıltısına gözünü açdı. Gözünü bayıra zillədi. Elə bu zaman pəncərəsinin qarşısında pomidor və yumurtaların​ ​ aram-aram qalxıb endiyini gördü. Yuxudan ayıldığını hiss etdi. Amma pomidor yumurtanın qısa fasilələrlə qalxıb endiyini görəndə təəccüb onu boğdu. Qorxa–qorxa pəncərəyə yaxınlaşdı. Əlini atıb 2-3 pomidor və bir o qədər də yumurta qapazladı. Nənəsi həmişə deyərdi ki, kor quşun yeməyi yuvasına gələr. ​ ​ ​

​ Bu sözləri düşünərək mətbəxtə qaçdı. Aşağıda pomidor yumurta yağışı davam edirdi. Yazçının eyvanına çatmayanlar geri qayıdıb yerə düşür, şappıltı ilə dağılırdılar.​
Elmar tavanı işə saldı. Rahatca yeməyini yedi. Heyrət içində və susqundu. Baş verənləri anlamağa çalışırdı. “Bu necə olur?” deyə öz-özünə sual edirdi. Hamama girib əl-üzünü yudu. Yuxudan ayılmaq istəyirdi.​

Elmar həyətə düşəndə artıq mitinqçilər getmişdi. Burnuna yanmış ağac və adam iyi gəldi.​ ​ Binanın küncündə tüstüləyən kitab qalağı gördü. Yaxınlaşanda​ ​ Lev Tolstoyun , İvan Buninin, Gi De Moppasanın və bir neçə xarici yazarların yarımçıq yanmış kitablarını gördü. Hisli və üstlərini kül örtmuşdü. Onların adı görünmürdü. ​ ​ ​

Yananlar isə yazıçı Əkbər Əlinin kitabları idi. Üstdən onun kitablarını, altdan xarici yazıçıların nəşrlərini düzmüşdülər ki, televiziya üçün çəkilişdə​ kitablar çox görünsün. Elmar qaçaraq getsə də​ ​ Adamlar və Ağacların yanıq qoxusundan uzaqlaşa bilmədi.
Külək əsdi. Yazıçının külü laxtalanmış kitab səhfələri göyə qalxdı. Uçdu, qanad çaldı, yerə enmədi. Goylərə qalxdı. Yerə enməmək üçün.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar