Kamran Əliyev rüşvətə görə tutulan başçının oğluna vəzifə verdi

11 Yanvar 2021 18:39    308 Baxış   
Kamran Əliyev rüşvətə görə tutulan başçının oğluna vəzifə verdi

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.

Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin edilib.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. M.Hacıyev atası həbs ediləndən sonra Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunmuşdu.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar