Dünya yeni bir formata oturmaq üzrədir

14 May 2024 16:30    4634 Baxış   
Dünya yeni bir formata oturmaq üzrədir

Təbiətdə yeni bir reallıq kəşf etdik. Zəka insanlara xas deyil, daha çox hər bir maddədə ortaya çıxan xüsusiyyətdir...
– Sam Altman, OpenAI CEO-su

OpenAI-nin yeni modeli olan GPT-4o Həzrətlərinin Dünyanın necə dəyişdirdiyinin fərqindəsizmi?

Sam Altman və möhtəşəm ChatGPT komandası bir neçə gün əvvəl “kino”nu real həyata daşıdı.

GPT-4o artıq
insanların hisslərini, duyğularını anlayır...
səni görür,
işlərini görür,
problemlərini həll edir...
Dünəndən bəri yaşadıqlarımı, oxyub dərk etməyə çalışdıqlarımı mətnə töküm dedim, daha doğrusu cəhd edim. Beləliklə...

Yeni GPT-4o elə GPT-4 səviyyəsindədir - hər kəs üçün pulsuz və əlçatan olacaq;
səsli söhbət funksiyası inanılmaz dərəcədə təkmilləşdirilmişdir, mükəmməldir yəni...faylları yükləyə bilərsiniz;
elə texniki təkmilləşdirmələr də aparılıb hətta riyaziyyatdan məsələ-misal da həll edir;
real vaxtdakı səs və video mükəmməl dərəcədə təbii səslənir;
hava durumunu verəcək;
kod yazacaq;
ən çətin suallarınıza cavab tapacaq;
sinxron tərcüməçilik edəcək.

Kodlaşdırma baxımından da kifayət qədər inkişaf etmiş kimi görünür.
Real zaman rejimində insan-makina qarşılıqlı əlaqəsini gecikməsiz həyata keçirməyi bacarır. r

Ortaya çıxacaq bəzi suallara qısa cavablar:

- GPT-4o modeli pulsuz olacaq;
- Yaxın həftələrdə işıq üzünə çıxarılacaq;
- Masaüstü versiyada da istifadə edilə biləcək;
- Səni görə biləcək;
- Hal və əhvalını, bütün emosional vəziyyətini təhlil edə biləcək;
- Sənə gecikməsiz tərcüməçilik edəcək;
- Gözü görməyən əlillər üçün vizual köməkçi kimi fəaliyyət göstərəcək;
- GPT-4o yaxın həftələrdə istifadəyə çıxarılacaq.

GPT-4o-nin digər modellərdən fərqi böyükdür.
Bu model alışdığımız GPT strukturundan daha çox son həftələrdə gündəmdə olan GPT2-chatbot (yeni GPT versiyası) üzərində qurulub. Bu isə o deməkdir ki, OpenAI mövcud GPT strukturunu fərqli bir “memari” səviyyəyə təkmilləşdirir.
Rəqiblərsə hələ də ilkin texnologiyadan istifadə edirlər.

Başqa sözlə,

OpenAI qalxıb Generative Pre-training Transformer (GPT) texnologiyasını alır, onu yeni “arxitektura” üzərində qurur. Mövcud GPT-4 “baqajını” da bu yeni qabaqcıl texnoloji modelinə köçürür...

İbrahim Nəbioğlu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar