Doqquz yaşlı Gülər qan xərçəngindən əziyyət çəkir - FOTO

30 Martt 2022 16:35    1757 Baxış   
Doqquz yaşlı Gülər qan xərçəngindən əziyyət çəkir -   FOTO

Doqquz yaşlı Gülər Fətəliyeva leykozdan (qan xərçəngi) əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.

Bu barədə onun anası Zəkiyə Fətəliyeva məlumat verib.

O bildirib ki, qızı iki ildir bu xəstəliklə mübarizə aparır:

“2013-ci il təvəllüdlü Gülərin hazırda vəziyyəti ağırdır. Müalicə üçün isə 100 min manat pul lazımdır. Ona sümük iliyi nəql edilməlidir. İki ildir bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi olaraq tükənmişik. İmkanlı şəxslərdən xahiş edirik bizə kömək etsinlər”.

Əlaqə nömrəsi: 050 881 58 76




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar