Daha 300-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik təsərrüfat yaradılıb

01 Aprelel 2022 15:33    1667 Baxış   
Daha 300-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik təsərrüfat yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri davam edir.

Nazirlikdən verilən xəbərə görə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramı çərçivəsində bu ilin əvvəlindən daha 300-ə yaxın şəhid ailəsi və qaziyə mal və materiallar formasında aktivlər təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.


Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.


Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar