Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.
Bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.
O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır.
“Amma səfər mütləq baş tutacaq”, - deyə diplomat əlavə edib.
Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.