“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Xalq artisti Prezident iqamətgahında keçirilən tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.