Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
"
Dominant.az"ın məlumatına görə, 19 yaşlı idmançı finalda ilk cəhddə 52.780 xala layiq görülüb.
Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciya Campyeri (İtaliya) əldə edib.