Avropanın ən yaxşı yay tətili ölkəsi - TÜRKİYƏ

16 Avqust 2024 10:45    1323 Baxış   
Avropanın ən yaxşı yay tətili ölkəsi -  TÜRKİYƏ
2024-cü ildə Avropada yay tətili üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb. 

Dominant.az xəbər verir ki, SchengenVisaInfo-nun Avropa Yay Turizm İndeksinə (ESTI) görə İspaniya Avropanın ən yaxşı istirahət məkanı kimi seçilib. Qardaş Türkiyə bu sihaıda ikinci yerə yüksəlib.

Qiymətləndirmə çimərliyin keyfiyyəti, populyarlıq, həftəlik yerləşdirmənin orta qiyməti, temperatur, kulinariya xüsusiyyətləri və yerli sakinlərin mehribanlığı kimi meyarlar əsasında aparılıb. Yay tətili üçün ən yaxşı 10 ölkə belə görünür:

1. İspaniya
2. Türkiyə
3. Yunanıstan
4.İtaliya
5. Portuqaliya
6. Fransa
7. Monteneqro
8. Xorvatiya
9. Albaniya
10. Malta

Turizm üçün ən bahalı ölkələr İsveçrə, Fransa, Lixtenşteyn, Monako və Norveç, ən ucuz ölkələr isə Kosovo, Belarus, Serbiya, Şimali Makedoniya və Litvadır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar