Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 4 ayında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Dominant.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 15,9 min nəfər ambulator, 9 mini isə stasionar və icma əsaslı xidmət alıb. Digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Qeyd edək ki, 2024-cü ilin ilk 4 ayında əlilliyi olan 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi də verilib.