102 evin ocağı yandı - VİDEO

24 May 2024 17:50    4418 Baxış   
102 evin ocağı yandı -  VİDEO

Bu günədək Masallı rayonunda baş tutan aksiyalara Məmmədrzaküçə kəndindən qatılan sakinlərin tək istəyi mavi yanacaqla təmin olunmaq idisə, bu gün adıçəkilən kənddə təşkil olunan tədbirdə sakinləri bir araya gətirən səbəb təbii qazın verilişi olub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı və Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi mavi yanacağın verilişi ilə bağlı abonentləri təbrik etdikdən sonra qazdan təhlükəsiz istifadə qaydalarını da vətəndaşların diqqətinə çatdırıblar.

Mikrofon önünə çıxan sakinlərin hər biri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qaz açılışının davamı olaraq SOCAR-ın "Azəriqaz" İB-nin hesabına qazlaşdırılan qazi ailəsinin fərdi yaşayış evinə baxış keçirilib, təbii qazın verilişi təmin olunub.
Qeyd edək ki, "Azəriqaz" İB-nin daxili imkanları hesabına 3154 metr polietilen borularla yeraltı orta təzyiqli daşıyıcı, 7290 metr müxtəlif diametrli yerüstü polad borularla paylayıcı qaz xətləri çəkilib. Kəndə təbii qazın verilməsi ilə 102 fərdi evdə 750-yə yaxın kənd sakininin qaz təchizatı şəbəkəsinə əlçatanlığı tam təmin edilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar